Kitabxananın virtual rejimdə növbəti tədbiri

Kitabxananın virtual rejimdə növbəti tədbiri

Kitabxanaların fəaliyyətini virtual məkanda səmərəli formada təşkil etmək, istifadəçilərin fəallığını və onların mütaliəyə maraqlarını artırmaq məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabsevər uşaqlar” “Facebook” səhifəsində və “YouTube” kanalında sorğu təşkil edib.

Baş İdarədən SİA-ya bildirilib ki, izləyicilər A.S.Puşkinin “Balıqçı və balıq nağılı”nı oxuyaraq bir suala cavab verməlidirlər.

Ən maraqlı cavablar “Kitabsevər uşaqlar” “Facebook” səhifəsində və “YouTube” kanalında, bir sıra veb-saytlarda yerləşdiriləcək.

Xatırladırıq ki, on iki mindən çox izləyicisi olan “Kitabsevər uşaqlar”ın baxış sayı üç milyonu ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə