Polad Bülbüloğlunun 75 illiyi münasibətilə tədbir keçirilib FOTOLAR
Milli Kitabxanada Azərbaycanın Xalq artisti, bəstəkar, Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən geniş söhbət açıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna ən ali mükafat “Heydər Əliyev” ordenini təqdim edib. Direktor çıxışında qeyd edib ki, Polad Bülbülbüloğlu zəngin yaradıcılığa malik istedadlı bəstəkardır. Onun musiqi mədəniyyətimizə bəxş etdiyi “Gəl ey səhər”, “Zəng et”, “Ay Dilbər”, “Dolalay”, o cümlədən kinofilmlərə yazdığı digər mahnıları, simfonik orkestr əsərləri, “Məhəbbət və ölüm” baleti bu gün də dünyanın ən sevilən musiqiləri sırasındadır. Milli Kitabxana tərəfindən bəstəkarın 20-dən artıq musiqisi Petruççi Musiqi Kitabxanasının saytında yerləşdirilib.
Sonda Kərim Tahirov Milli Kitabxananın kollektivi adından Polad Bülbüloğluna xoş arzularını bildirərək, yaradıcılığında və ictimai fəaliyyətində uğurlar arzu edib.
Daha sonra tədbir iştirakçıları görkəmli bəstəkarın əsərlərindən, haqqında yazılmış kitablardan ibarət “Polad Bülbüloğlu – 75” adlı geniş kitab sərgisi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB