Fransada “Gitara gecəsi” festivalında İsmayıl Zülfüqarov da iştirak edəcək

“Gitara gecəsi” festivalının 10 yaşında, müxtəlif musiqi janrları və tanınmış müsiqiçilər bir səhnədə toplaşacaq. SİA bunu Fransa mətbuatına istinadən xəbər verir.

Bütün gitarasevənlər üçün, yanvar ayının sonuncu şənbəsi artıq uzun müddətdən bəri rezerv olunub. Bu, “Gitara gecəsi” festivalının olduğu gündür.

Tanınmış virtuoz gitaraçı Filiqanın 2011-ci ildə yaratdığı bu festival, Atlantik okeanı sahilindəki gözəl fransız şəhərciyinin ildən-ilə daha da çox tələb olunan və səbirsizliklə gözlənilən tədbirlərdən birinə çevrilmişdir.

Bu il 10 yaşını qeyd edən bu uğurlu layihədə, Azərbaycan ilə Fransa arasındakı musiqili əməkdaşlığın bəhrəsi olan və hər il Bakıda keçirilən “Tar-Gitara” layihəsinin istedadlı tar ifaçısı İsmayıl Zülfüqarov da iştirak edəcək.

Festivalın açılışı İsmayılla Filiqanın dueti ilə baş tutacaq.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...