Türkiyəli caz ifaçışı Bakıda konsert verib FOTO

Türkiyəli caz ifaçışı Bakıda konsert verib FOTO

Beynəlxalq Muğam Mərkəzində Türkiyənin tanınmış caz müğənnisi Sibel Koşe konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, konsert zamanı Sibel Koşe Bakı ilə bağlı təəssüratlarını bölüşüb: “İlk dəfədir Bakıdayam. Şəhəriniz çox gözəldir. Azərbaycanlılar musiqiyə, mədəniyyətə dəyər verən insanlardır, bunun üçün də burada olduğumdan çox məmnunam”.

S.Koşe qeyd edib ki, amerikalı caz musiqiçilərini hamı tanıyır, ancaq burada çox məşhur bir caz ifaçısı da var. Vaqif Mustafazadənin Azərbayanda caz-muğamın banisi olduğunu deyən S.Koşe bildirib ki, onun musiqisi mükəmməldir. Türkiyəli ifaçı Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadənin də Amerikada çalışmasından xəbərdar olduğunu söyləyib.

Konsert zamanı dünya caz standartları sayılan “My secret love”, “Petite fleur”, “Autmn leaves”, “Flor de lis” və digər kompozisiyalar səsləndirilib.

Musiqiçilərin çıxışı maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə