“Sabir “Molla Nəsrəddin” jurnalında beş il çıxış etməsinə baxmayaraq öz imzasını gizlədərək xalqın qəlbinə yol tapa bilib. Sabir şeirlərində əruz vəznini içəridən dəyişməyi bacarıb. Onun poeziyasının musiqisi bir möcüzədir. Sabirin bütün Azərbaycan şairlərindən fərqi ondadır ki, o, Azərbaycanda teatr estetikasını poeziyaya gətirən şəxsdir”. SİA-nın məlumatına görə bu sözləri Xalq şairi Ramiz Rövşən Sabirə hərs olunan gecədə dilə gətirib.
Qeyd edək ki, ənənəvi olaraq “Sabir poeziya günləri” Şamaxıda və Bakıda təşkil olunur. Bu tədbir 1962-ci ildən keçirilir. Tədbirin təşkilat komitəsinə vaxtilə bir çox görkəmli söz adamı rəhbərlik edib. Bu ənənə bu gün də davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB