“Bu mükafatlar mənə dövlət mükafatları kimi dəyərlidir”

“Bu mükafatlar mənə dövlət mükafatları kimi dəyərlidir”

“Bu ictimai mükafat Azərbaycan ilə Rusiya arasında mehriban dostluq əlaqələrinin daha bir təzahürüdür. Xalqlarımız bir ölkədə yaşamış, birlikdə faşizmə qalib gəlmişlər. Ən vacibi odur ki, bu, vətəndaş cəmiyyətinin mükafatıdır. Bu mükafatlar da, dövlət mükafatları kimi, mənim üçün çox dəyərlidir”. SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, bəstəkar və ifaçı Polad Bülbüloğlu Rusiyanın “Milli əzəmət” ictimai mükafatının “Şərəf və ləyaqət” nominasiyası üzrə laureatı adına layiq görülərkən bildirib.

Qeyd edək ki, “Milli əzəmət” ictimai mükafatı 2005-ci ildə təsis edilib. Müxtəlif illərdə bu mükata qrossmeyster Anatoli Karpov, bəstəkar Aleksandra Paxmutova, rejissor Eldar Ryazanov və başqaları layiq görülüblər. Bu il mükafata SSRİ Xalq artisti Vasili Lanovoy, Özbəkistanın Xalq artisti, “Yalla” ansanblının rəhbəri Fərrux Zakirov və başqaları layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə