"Sənətkar üçün bundan gözəl nə ola bilər?!" - Münasibət

"Sənətkar üçün bundan gözəl nə ola bilər?!" - Münasibət

"Sənət insanı üçün bu addan gözəl nə ola bilər?! Sürpriz xəbər oldu. Xəbəri böyük oğlum çatdırdı, təbii ki, çox sevindirici haldır. İndi məsuliyyət daha da çoxalır. Bu, dövlətimizin bizə böyük diqqətidir".

SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında xalq artisti adına layiq görülən, sevilən sənətçi İlqar Muradov deyib. O, bildirib ki, bir neçə ay sonra solo konsertlə çıxış edəcək: "Artıq növbəti konsertdə tamaşaçıların qarşısına Xalq artisti kimi çıxacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə