"Ölkə rəhbərimiz dövlətimizin mədəniyyət, elm xadimlərinə diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin İsmayıl Şıxlının yubileyinin keçirilməsi haqqında Sərəncamı da bu diqqətin bariz nümunəsidir". SİA-nın məlumatına görə, bu sözləri mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib.
O, əalvə edib ki, bu il bir sıra ədiblərimizin yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalanıb: "Bu qayğı, dövlətin ədəbiyyata, ədəbiyyat nümayəndələrinə münasibətini əks etdirir. İsmayıl Şıxlının zəngin yaradıcılığı, ədibin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr əvəzsizdir. Ədibin əsərlərində yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar var. Xalq yazıçısı yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB