Film Fondu “Letopis” Beynəlxalq Arxiv Filmləri Festivalına dəvət alıb- AÇIQLAMA

Mayın 2-dən 6-na kimi Azərbaycanın Dövlət Film Fondu Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək "Letopis" Beynəlxalq Arxiv Filmləri Festivalına dəvət olunub. Bu barədə SİA-ya Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev açıqlamasında bildirib.

C. Quliyev vurğulayıb ki, festivalda müxtəlif illərdə çəkilən və II Dünya Müharibəsinə həsr olunan filmlər iştirak edəcək.

"Dövlət Film Fondunun festivala təqdim etdiyi proqrama "Uzaq sahillərdə" (Tofiq Tağızadə), "Bizim Cəbiş müəllim" (Həsən Seyidbəyli), "Bir ailə" (Q. Aleksandrov, R.Təhmasib, M.Mikayılov), "Tütək səsi" (Rasim Ocaqov) filmləri daxildir",- deyə fondun rəhbəri əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə