“Azərbaycanfilm” kinostudiyası “Dan yeli” qısametrajlı bədii film çəkib. Film Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilib. Ekran əsərinin quruluşçu rejissoru Kamal Yaşar, ssenari müəllifi Türkan Zamanova, quruluşçu operatoru Əli Sultanov, bəstəkarı Azər Hacıəsgərli, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.
SİA-ya “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, film cəbhəyanı ərazidə yaşayan ailələrin yaşadığı facidən bəhs edir. Əsərin qəhrəmanı 6 yaşlı oğlandır. Filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakar münasibəti yer alır və film gözlənilməz finalla sona çatır.
Qeyd edək ki, baş rollara Rasim Cəfər, Məhəmməd Şəmmədzad, Kəbirə Həşimli çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB