Professor: "Heydər Əliyev Azərbaycan yaşadıqca yaşayacaq" - ÖZƏL- MÖVQE
"Ulu Öndər Heydər Əliyev Azərbaycan yaşadıqca yaşayacaq. O, Allah tərəfindən Azərbaycanın xilası üçün göndərilmişdi. Yaşadığımız bu müstəqil, inkişaf edən Vətənimiz Onun sayəsindədir. Heydər Əliyev birinci növbədə əsl vətəndaş və qayğıkeş insan idi. O, ölkəmizdə bütün sahələrin inkişafına nail olmuşdur, lakin idman sahəsi bugünkü inkişafını Heydər Əliyevin borcludur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, professor Ağacan Əbiyev bildirib.O, əlavə edib ki, hələ sovet dövründə Azərbaycan idmançıları ulu öndərin yüksək qayğısı ilə əhatə olunmuşdular : "Azərbaycanda idmanın yüksək inkişafı ölkəmizin müstəqillik dövrünü əhatə edir. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra isə idmanın inkişafı Azərbaycan hökumətinin siyasətində prioritet istiqamətlərdən olmuşdur. Ölkəmizdə idman qurğuları, Olimpiya kompleksləri tikilib istifadəyə verilmişdir. Məhz ulu öndərin diqqət və qayğısı sayəsində Azərbaycan şahmat məktəbinin nüfuzu bütün dünyada ad qazanmışdır. İdmana göstərilən diqqətin bariz nümunəsi kimi hər il martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB