Siyavuş Kərimi: “II Beynəlxalq Muğam Festivalının “Qran-pri” mükafatının sahibinə 25 min avro veriləcək”- FOTO

Siyavuş Kərimi: “II Beynəlxalq Muğam Festivalının “Qran-pri” mükafatının sahibinə 25 min avro veriləcək”- FOTO
II Respublika Muğam müsabiqəsinin ardınca martın 14-dən 21-nə qədər Bakıda II Beynəlxalq Muğam Festivalı keçiriləcək. SİA-nın məlumatına görə, bunu çıxışında Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi bildirib.

"Müsabiqədə Azərbaycanı fevralın sonunda keçiriləcək Respublika Muğam Müsabiqəsinin üç qalibi təmsil edəcək. Müsabiqənin püşkatma mərasimi martın 17-də olacaq. Martın 18-i, 19-u və 20-si isə müsabiqə günləridir. Müsabiqəyə qatılmaq istəyən digər ölkələrin ifaçıları namizədliklərini verməkdə davam edirlər. Ona görə də yarışmada iştirak edəcək ölkələrin tam siyahısı hələ məlum deyil",- deyə o əlavə edib.

S. Kərimi qalibləri müəyyən edəcək münsiflər heyətinin 7 nəfərdən ibarət olacağını da vurğulayıb. Onun sözlərinə görə, birinci dəfə olduğu kimi, bu dəfə də münsif kürsüsündə dörd Avropa, üç Azərbaycan təmsilçisi əyləşəcək: "Azərbaycan tərəfdən münsiflərdə mən, Ramiz Zöhrabov və adını hələ dəqiqləşdirmədiyimiz bir nəfər də olacaq. Müsabiqənin mükafat fondunun həcmi dəyişməyib. Qaliblərə birinci müsabiqədə olduğu qədər mükafat təqdim ediləcək. Bu, dünyada keçirilən müsabiqələr içində qaliblərə verilən ən yüksək məbləğdir. Belə ki I yerə 5000, II yerə 3000, III yerə isə 1000 manat pul mükafatı təqdim olunacaq. Bu il isə Qran-pri mükafatının sahibinə isə 25 min avro veriləcək".

Qeyd edək ki, 2009-cu ildə keçirilən ilk müsabiqənin əsas mükafatı olan "Qran-pri"ni əməkdar artist Təyyar Bayramov qazanıb. I yerə Özbəkistandan Yulduz Turbiyev, II yerə İrandan Məhəmməd Motamidi, III yerə isə misirli Mustafa Səid layiq görülüb. "Qran-pri" sahibinə 20 min, birinci yerin qalibinə 15 min, ikinci yeri tutana 10 min, üçüncü yeri tutana isə 5 min avro mükafat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə