“The Landmark”da ustad dərsləri...

“The Landmark”da ustad dərsləri...

İtaliya-Azərbaycan Beynəlxalq Film Festival çərçivəsində “The Landmark”da ustad dərsi keçirilib. SİA-nın məlumatına görə, ustad dərsi Venesiyanın Ca Foscari Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə təşkil edilib.

Tədbirdə festivalın prezidenti, tanınmış aktyor Remo Cerone, bədii direktoru, rejissor Klaudio Rossi Massimi, “İmago Group” film istehsalı şirkətinin rəhbəri Lucia Macale və aktyor Viktoriya Zinni iştirakçılara İtaliya kinematoqrafiyası üzrə ustad dərsi keçiblər. Həmçinin Venesiyanın Ca Foscari universitetinin kinematoqrafiya fəaliyyətinin müxtəlif aspektləri müzakirə olunub. Sonra Ca Foscari universitetinin tələbələrinin hazırladığı qısa filmlər nümayiş edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə