Musiqiçimiz Ankarada Prezident konsert zalında çıxış edəcək

Musiqiçimiz Ankarada Prezident konsert zalında çıxış edəcək

İstedadlı violonçel ifaçısı Camal Əliyev Ankarada Prezident konsert zalında çıxış edəcək. SİA-nın məlumatına görə, konsert fevralın 7-8-də keçiriləcək.

Qeyd edək ki, Camal Əliyev Prezident Simfonik Orkestri ilə birlikdə səhnəyə çıxacaq. Konsertdə D.Şostakoviçin violonçel üçün konserti səsləndiriləcək. Orkestrə Tomas Karrol dirijorluq edəcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə