Gənclər Gününə həsr olunmuş "Axın"... -Sərgi

Gənclər Gününə həsr olunmuş "Axın"... -Sərgi

"Leyla Khazari Art Gallery"də Gənclər Gününə həsr olunmuş "Axın" adlı rəsm sərgisi açılacaq. SİA-nın məlumatına görə, sərgi fevralın 5-də, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşacaq. Qeyd edək ki, sərgi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir layihələrində iştirakını dəstəkləmək məqsədilə həyata keçirilir. Sərgidə 30-dan çox gənc rəssamın 50-ə yaxın rəsm əsəri sərgilənəcək. Bundan başqa gənc rəssamlara dəstək məqsədilə

rəsm əsərlərinin satışı da təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə