Şəki Tarix-diyarşünaslıq Muzeyində “Mənim bayrağım mənim qürurum” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb.
Tədbir iştirakçılarını salamlayan Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Yaqut Cəlalova “Mənim üçrəngli bayragım”, Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru İradə Abdullazadə isə “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı məruzə ilə çıxış ediblər.
Həmçinin, “Bu gün uğurla addımlayan suveren, müstəqil dövlətimizin başının üstündə dalğalanan üç rəngli bayrağımız bütün vətəndaşların qəlbində qürur hissi yaradır. Hazırda dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər tədbirlərdə dövlət bayrağımız qürurla dalğalanır.” – deyə Y.Cəlalova öz çıxışında bildirib.
Tədbirdə Tarix-Diyarşünaslıq Muzeyinin, Şəki Xalq Tətbiqi Sənəti Muzeyinin və 6 saylı kitabxananın kollektivləri iştirak edib.
Qeyd edək ki, muzeydə “9 noyabr Dövlət Bayrağı Günüdür” adlı sərgi təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB