“Kino klub”un ilk görüşü keçirilib

“Kino klub”un ilk görüşü keçirilib

Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar milli və dünya kino incilərini Azərbaycan tamaşaçılarına daha da yaxından tanıtmaq, eləcə də tamaşaçılarla yaradıcı görüşlərin və Kino axşamlarının keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə “Kino klub” yaradılıb. SİA-nın məlumatına görə, Nizami Kino Mərkəzində “Kino klub”un ilk görüşü keçirilib.

Gecənin moderatoru Əməkdar İncəsənət Xadimi, rejissor və kinoşünas Ayaz Salayev tamaşaçılara Roman Polanskinin “Acı ay” bədii filmi barədə məlumat verib və daha sonra film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə