Ceyms Bond haqqında üç film çəkmiş britaniyalı rejissor Luis Gilbert 97 yaşında vəfat edib.
“RİA Novosti” xəbər verir ki, Bondiana saytında yerləşdirilən məlumata görə, prodüserlər Maykl Uilson və Barbara Brokkoli rejissorun vəfatı ilə bağlı məlumatda onun Britaniyanın kino sənayesinə, habelə Ceyms Bond haqqında ekran əsərlərinə töhfə verdiyini qeyd ediblər. Luis Gilbert Ceyms Bond haqqında “Yalnız iki dəfə yaşayırsan” (1967), “Məni sevən casus” (1977) və “Munreyker” (1979) filmlərini çəkib. Rejissor “Oskar”, “Qızıl qlobus”, BAFTA, habelə Kann festivalının “Qızıl palma budağı” mükafatlarına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB