Bu gün Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetində "Metodislərin I Ümumrespublika Seminarı" keçirilib. SİA-nın məlumatına görə, seminarda Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Mədəniyyət və turizm idarələrinin nəzdnində şəhər və regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan metodistlərlə yanaşı, Mərkəzin tərəfdaş qurumları, yerli və xarici elm, mədəniyyət və təhsil müəssisələrinin nümayəndələri, habelə Ümumrusiya Metodiki Şuranın sədr müavini iştirak edib.
Tədbir Metodiki Şuranın gələcək fəaliyyətinin rəsmiləşdirilməsi, metodiki işin təmilləşdirilməsi, mədəniyyət müəssisələri arasında fəaliyyətin daha səmərəli koordinasiyası, cəmiyyətdəki sosial imicinin artırılması və gənc əməkdaşlar arasında həmkarlıq ruhunun dəstəklənməsi məqsədi ilə təşkil olunur.
Seminarda çıxış edən Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev fəaliyyətləri haqqında söz açıb: " Fəaliyyətlərimiz nəticəsində Metodiki Şuranın yaradılmasına qərar verdik. Metodiki Şuraya 22 qrum daxildir. Şurada 25 mütəxəssis çalışır. Bu peşəkar insanlar işləri daha da çevikləşdirir. Onu da qeyd edim ki, Elmi-Metodiki Mərkəz daima hesabat xarakterli tədbirlər keçirdir. Həmin tədbirlərdə Cənab Prezident İlham Əliyevin sərancamına əsasən yeni-yeni mədəniyyət ocaqlarının inşa olunduğu və ölkə başçısının həmin mədəniyyət ocaqlarının açılışında iştirak etdiyini xüsusi ilə vurğulayırıq. Amma mədəniyyətimizin inkişafında problem yaradacaq məqamlar da var. Belə ki, Elmi-Metodiki Mərkəzin regionlarda çalışan əməkdaşları icra etdikləri vəzifələrdə müasir avadanlıqlardan istifadə etməyi bacarmalıdırlar. Buna görə çalışmalıyıq ki, bu nöqsanları aradan qaldıraq.
"Metodistlərin işində yeni trendlər: Mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klublar üzrə" adlı 1-ci və "Metodistlərin işində yeni trendlər: kitabxanalar üzrə" adlı 2-ci Panellərdən ibarət seminar fasilədən sonra işini davam etdirəcək".
"Metodislərin I Ümumrespublika Seminarı"nda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də fikirlərini bildirib: "Elmi-Metodiki Mərkəz istiqamətini düzgün seçib. Bu qrumun işləri təqdirə layiqdir. Onu da qeyd edim ki, çıxışımdan öncə söylənilən problemlər var. Həmin problemləri "necə həll etməliyik?" deyə fikirləşməliyik. Mədəniyyət və incəsənətdə problemlərin olmaması üçün nazirlik olaraq islahatlara başlamışıq".
Tədbir metodistlərin çıxışları ilə davam edib.
Qeyd edək ki, seminar çərçivəsində Mərkəz tərəfindən hazırlanan metodiki vəsaitlərin keyfiyyətinin artırılması, yerlərdə iş prosesində tətbiqi mexanizmin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış Metodiki Şuranın təsis toplantısının keçirilməsi, cari il müddətində hazırlanmış metodiki vəsaitlərin, habelə "Mədəniyyət naminə elm" debat klubu təqdim edilib.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB