İlk dəfə Bakıda, yalnız 27 və 28 yanvar 2018-ci il tarixində, Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində məktəblilərin qış tətili günlərində Moskvanın aparıcı artistlərinin iştirakı ilə bütün ailə üzvlərinin bəyənəcəyi əsl qış nağılı "Morozko" müziklı göstəriləcək. SİA-nın məlumatına görə, "Morozko" - Şaxta Baba, xalq arasında isə Morozko adı ilə məşhurlaşan xeyirxah qoca haqqında nağıldır. Əlbəttə ki, o, bəzən sərt olur, amma o həmişə ədalətlidir. Dara düşən insan xeyirxahdırsa, gözəl qəlbi varsa Morozko mütləq ona kömək edəcək. Əgər insan acgöz və kinlidirsə demək o öz cəzasını alacaq. Bu nağıl yaxşılıq və pislik, ədalət haqqında maraqlı nağıldır.
Müzikl mahnılarla, rəqs nömrələri, maraqlı səhnə kostyumları, süjet xəttində gözlənilməz dönüşlərlə zəngindir. Əlbəttə ki, bütün nağıllarda olduğu kimi tamaşaçıları xoşbəxt final gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB