Filarmoniyada Maestro Niyazi anılıb FOTOLAR

Azərbaycan Dövlət Filarmoniyasında görkəmli dirijor, musiqi ictimai xadim, maestro Niyazinin əziz xatirəsinə həsr olunmuş “Həyat musiqidir” adlı konsert proqramı baş tutub. SİA-nın məlumatına görə, “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutan konsertdə ifaçıları Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət edib. Proqram boyu əməkdar artist Gülnaz İsmayılovanın ifasında həm Qərbi Avropa, həm də Azərbaycan bəstəkarlarının əsərləri səslənib.

Gecədə Azərbaycan musiqi ictimaiyyətinin görkəmli nümayəndələri də - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, əməkdar incəsənət xadimi Telman Hacıyev, xalq artisti Yusif Axundzadə və başqaları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...