MEMM-də “Dilimizi qoruyaq” mövzusunda elmi seminar keçirildi
Bu gün Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə “Dilimizi qoruyaq” mövzusunda elmi seminar təşkil olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin də dilimizə olan münasibətini xüsusilə vurğulamaq lazımdır. Ana dilimizin statusunun özünə qaytarılması məhz Ümummilli liderin adı ilə bağlıdır. Onun 2001-ci ilin 9 avqustunda imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmana əsasən hər il 1 avqust Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.
SİA-nın verdiyi məlumata görə, seminarı giriş sözü ilə Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev açaraq iştirakçıları salamlayıb uğurlar arzulamışdır.
Mərkəzin direktoru Asif Usubəliyevə öz çıxışında qeyd etdi ki, ana dili millətin varlığı, həyat tərzi, mədəni irsidir. Tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, ana dilimiz özünəməxsusluğunu qoruyub saxlaya bilmişdir. Dil elə bir ünsiyyət vasitəsidir ki, başqa dilləri, xalqları və mədəniyyətləri birləşdirir.
Seminarda sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Üzeyir Hacıbəylinin Azərbaycan dilinin qorunmasına dair fikirləri” adlı məruzəsi ilə, Bakı Musiqi Akademiyasının baş elmi işçisi Fidan Nəsirova, mərkəzin elmi katibi Hüseyn İbrahimov, əməkdaşları Pakizə Almazova çıxış etmişlər.
Tədbirdə mərkəzin metodistləri Aynur Həsənova və Hüseyn Məmmədov mövzu ilə əlaqədar olaraq poeziya nümunələrini də səsləndirmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB