Məlum olduğu kimi Mərakeşin Rabat şəhərində İSESKO İcraiyyə Şurasının 38-ci sessiyası keçirilir. SİA-nın məlumatına görə, tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının baş katibi, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüş keçirib.
Görüşdə İSESKO-Azərbaycan əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevanın bu əlaqələrin inkişafında müstəsna rolu və dəstəyi xüsusilə qeyd edilib. V.Eyvazzadə Naxçıvan İslam Mədəniyyəti Paytaxtı 2018 tədbirləri, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızda dağıdılmış İslam abidələri, bu məqsədlə yaradılan xüsusi işçi qrupun fəaliyyəti barədə ətraflı məlumat verərək növbəti il həm də “Bakı Prosesi”nin 10 illik yubileyinin qeyd ediləcəyini, İSESKO-nun bir tərəfdaş kimi bu hadisənin beynəlxalq miqyasda təbliğində fəallığının vacibliyini diqqətə çatdırıb.
İSESKO-nun baş direktoru bütün məsələlərdə Azərbaycanın yanında olduğunu bir daha bildirərək gələcək əməkdaşlıq üçün təşkilat tərəfindən bütün işlərin lazımi səviyyədə görüləcəyinə əminliyini ifadə edib.
Sonda V.Eyvazzadə Naxçıvan Türbələrinin İslam Mədəniyyəti İrsi Siyahısına daxil edilməsi üçün mədəniyyət və turizm naziri, Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının sədri Əbülfəs Qarayevin ünvanladığı məktubla sənədlər toplusunu təşkilatın baş direktoruna təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB