Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndə Məmmədəli Əliyevə həsr edilmiş ədəbi-bədii musiqili gecə təşkil edilib. SİA-nın məlumatına görə, “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşən musiqili gecədə sənətkarın qəzəlləri səslənib, xidmətlərindən danışılıb.
Həmçinin gecədə tanınmış ifaçılar tərəfindən konsert proqramı təqdim olunub.
Qeyd edilib ki, tanınmış müğənni Məmmədəli Əliyev (ədəbi təxəllüsü Sail) "Kor ərəbin mahnısı"nın ilk ifaçısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB