Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Kino – Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə 135 saxlama vahidi fotosənəd, 1 saxlama vahidi kinosənəd təhvil verilib. Milli Arxiv İdarəsindən SİA-ya bildirilib ki, sənədlər dövlət müstəqilliyi illərində rayonda görülən quruculuq işlərini əks etdirir.
Hazırda arxivdə sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir, hər bir sənəd haqqında müfəssəl məlumat bazası hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB