Gənc Tamaşaçılar Teatrının “Kontrabas” tamaşası “Ən yaxşı mono-tamaşa” mükafatına layiq görülüb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdar artisti Şövqi Hüseynov Belarusun Brest şəhərində keçirilən XV "Belaya Veja" Beynəlxəlaq Teatr festivalından qayıdıb. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, festival sentyabrın 11-18 arası keçirilib. Hər il festivalda 15-16 ölkə təmsil olunur.
Ş.Hüseynov festivalda Patrik Zyüskindin "Kontrabas" mono-tamaşası ilə çıxış edib. Gün ərzində 4-5 tamaşa göstərilir və ertəsi gün səhər göstərilən tamaşaların müzakirəsi keçirilib. Bu müzakirələrə münsiflər heyəti və iştirak edən hər kəs qoşulub.
Münsiflər heyətinə Moskva, İtaliya, Belarusiyanın məşhur teatrşünasları daxil idi. Ölkəmizdən təqdim olunan tamaşa bir çox ölkələrin teatr repertuarına daxildir. Və münsiflər heyəti müqayisəli şəkildə Azərbaycan tamaşası haqqında fikirlərini bölüşdülər, bəyəndiklərini dilə gətiriblər.
Festivalda Azərbaycan Dövlt Gənc Tamaşaçılar Teatrının "Kontrabas" tamaşası "Ən yaxşı mono-tamaşa" mükafatına layiq görülüb.
Ş.Hüseynov festivalda iştirak edən favoritlərindən danışıb: "Festivalda Permdən "U masta" teatrı iştirak edirdi. Onlar görkəmli dramaturq Martin Maqdonaxın "İnişman adasından olan əlil" əsərini ifa etdilər. Bu əsər dünyanın 10-15 ölkəsinin aparıcı teatrlarının repertuarında yer alıb. Tamaşada heç bir musiqi və effektlərdən istifadə olunmayıb. Bu tamaşa haqlı olaraq festivalın Qran-prizinə layiq görüldü".
Bundan başqa, Ərəbistan, Sloveniya və Almaniya ilə danışıqlar gedir. Bu ölkələrdə keçirilən festivallarda iştirakı nəzərdə tutulur. Festivallarda Gənc Tamaşaçılar Teatrının iştirakının maliyyə dəstəyi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB