Türkiyənin Ankara şəhərində İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) təşkilatçılığı ilə İƏT-ə üzv olan dövlətlərdə ”Müsəlmanlara uyğun turizmin inkişafı və təşviqi” mövzusunda təlim keçirilir. SİA-nın məlumatına görə, adıçəkilən tədbirdə ölkəmizlə yanaşı İƏT-ə üzv olan 14 ölkənin turizm sahəsi üzrə səlahiyyətli şəxsləri iştirak edir. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin əməkdaşı Aysel Vəliyeva tərəfindən təmsil olunur. Sözügedən tədbir çərçivəsində islam turizmi sahəsində yeni standartlar və marketinq strategiyasının inkişafı ilə bağlı Malayziya, Türkiyə və BƏƏ-nin təcrübəsi nəzərə alınaraq, İƏT-ə üzv dövlətlər arasında təlim keçirilir. Təlim Malayziyanın İslam Turizm Mərkəzinin direktoru Said Zulkifly, Mərkəzin professoru Din Abdul Kadir və SESRİC təşkilatının tədqiqatçısı Cem Tintin tərəfindən keçirilir.
Müzakirələr zamanı İƏT-ə üzv ölkələrdə islam turizmi (halal turizm) standartlarının inkişafı məqsədilə ümumi loqonun işlənib hazırlanması və tətbiqi təklif edilmişdir. 4 gün davam edəcək tədbir 7 iyul tarixində yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB