Bakıda rus bəstəkarı Sergey Raxmaninovun xatirəsi anılacaq

İyulun 7-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun xatirəsinə həsr edilmiş musiqili gecə keçiriləcək.

Filarmoniyadan SİA-ya bildirilib ki, Əməkdar İncəsənət Xadimi Elşad Bağırov və Əməkdar Artist Fuad İbrahimovun dirijorluğu ilə baş tutacaq konserti Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Gecədə Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə və Yeganə Axundova çıxış edəcəklər.

Konsertdə bəstəkarın fortepiano və orkestr üçün nota aldığı iki nömrəli süitası və iki nömrəli konserti də sələndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə