Parisdə YUNESCO-nun konfransında Azərbaycan iki numayyəndə ilə təmsil olundu
Parisdə YUNESCO-nun Mənzil-Qərargahında 7-9 iyun 2017-ci il tarixində Beynəlxalq Muzeylər Şurası olan İCOM-un Baş Assambleyasının 32-ci iclası İCOM-un yeni seçilmiş Prezidenti xanım Suay Aksoyun sədirliyi ilə keçirilib. İCOM-un Milli və Beynalxalq komitələrinin üzvü, “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi İdarə Heyyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov və İCOM-un Milli komitəsinin sədri, Xalça muzeyinin direktoru Şirin Məlikova keçirilən iclasda iştirak ediblər.
İclas zamanı təşkilatın milli və beynəlxalq komitələri arasındakı əməkdaşlıq, təşkilatın ötən ildəki hesabatları dinlənilib və muzakirələr keçirilig. Bundan əlavə, iclasda təşkilatın maliyyə məsələri muzakirə edilig. Yaponyanın Kiyoto şəhərində 2019-cu ilin 1-7 sentyabr tarixlərində keçiriləcək konfrans barədə iştirakçılara məlumatlar verildi. Belə ki, Beynəlxalq Muzeylər Şurasının rolu - cəmiyyətin inkişafına və xeyrinə işləmək, mədəni dəyərlərin qorunması üçün çalışmaqdan ibarətdir. Bundan əlavə, Beynəlxalq Muzeylər Şurasının funksiyaları aşağıdakılardır;
Muzeylər üçün ümumi olan dizayn, idarə metodu, standartlar, kolleksiyaların tərtibatı və sərgilərin təşkilinin ümumi prinsipləri;
- iştirakçı ölkələrin diplomatik nümayəndələri üçün aparıcı forum meydanı, mədəniyyətə görkəmli töhfələr verən beynəlxalq ekspertlərin toplanması;
- müəssisələr şəbəkəsinin inkişafını və muzey mütəxəssislərinin professional potensialının gücləndirilməsi;
- muzey icmasının xeyrinə müvafiq sahələrdə tədqiqatların aparılması;
- bilik mübadiləsinə şərait yaradaraq, özünəməxsus mədəni irsin hər bir xalqın mədəniyyətə aid olunmasına dəstək vermək.
O cümlədən, İCOM-un missiyasına aşağıdakılar daxildir:
- mədəni mülkiyyətin qanunsuz dövriyyəsinə qarşı mübarizə;
- riskin idarə olunması;
- mədəniyyətin və biliyin inkişafı;
- maddi və qeyri-maddi irsin nümunələrinin qorunmnası.
Beynəlxalq Muzeylər Şurası, beynəlxalq missiyasını həyata keçirərkən regional qurumlarla, hökumətlərarası, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB