“Mənim düşüncəm-2017” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb
Bakı Xətai Sənət Mərkəzində “Mənim düşüncəm-2017” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb
Bakı Xətai Sənət Mərkəzində “Mənim düşüncəm-2017” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərgidə 15 yaşa qədər olan 190-dək balaca fırça ustasının 200 sənət əsəri nümayiş olunub.
Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş müsabiqə-sərgi uşaqlarda bədii zövqün formalaşması, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibətin mükəmməlləşməsi məqsədi daşıyır.
Müsabiqənin şərtlərinə uyğun olaraq qalib iştirakçılar diplomlarla təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB