1873-cü ildə bünövrəsi qoyulan Azərbaycan milli peşəkar teatrının 138-ci mövsümünün açılışı münasibəti ilə sentyabrın 15-də Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısında şəhər teatrlarının iştirakı ilə bayram tədbiri planlaşdırılır. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva məlumat verib. Məlumata görə, bu əlamətdar gündə Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısında Bakı şəhərində fəaliyyət göstərən bütün teatrların kollektivləri toplaşacaq.
Azərbaycan Dövlət Teatr Muzeyi və Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanacaq Milli Teatrın 138 illiyinə həsr olunan səyyar sərgi və kitab sərgisi Sumqayıt Teatrının qarşısındakı meydanda nümayiş olunacaq. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, "Yuğ" Dövlət Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Dövlət Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaradıcı qüvvələri mövsümün açılış mərasimində fəal iştirak edəcəklər.
Tədbir mərkəzi meydanı və şəhəri əhatə edəcək. Şəhərin müxtəlif yerlərində reklam afişaları, lövhələri vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB