Bakı rusiyalı turistlər arasında tanınan 5 şəhərdən biridir

Bakı rusiyalı turistlər arasında tanınan 5 şəhərdən biridir

"TurStat" analitik agentliyi 2017-ci ilin may bayramları günlərində rusiyalı turistlər arasında səyahətlər üçün populyar olan MDB şəhərlərini müəyyən edib. SİA-nın məlumatına görə, reytinq otellərdə nömrələrin onlayn rejimdə sifariş edilməsi sisteminin məlumatlarının təhlili əsasında tərtib olunub.

Rusiyalı turistlər arasında populyar olan ilk beş şəhər sırasına Minsk, Tbilisi, Almatı, Bakı və Astana daxildir.

"TurStat"ın məlumatına görə, rusiyalı turistlər Bakıya orta hesabla 3-5 günlüyə gəlir və oteldə yaşamağa görə gündə 60 dollar ödəyirlər .

Bütün xəbərlər Facebook səhifəmizdə