Musiqili gecədə dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib FOTOLAR

Musiqili gecədə dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib FOTOLAR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert təşkil olunub. SİA-nın məlumatına görə, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında gerçəkləşən musiqili gecə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.

Konsertdə H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi altında Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə