MTN təmsil edən nümayəndə heyəti Belarusa səfər edib FOTOLAR

MTN təmsil edən nümayəndə heyəti Belarusa səfər edib FOTOLAR

Regional Mədəniyyət və Turizm İdarələrinin rəhbərlərinin beynəlxalq təcrübəsinin artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyini təmsil edən nümayəndə heyəti Belarus Respublikasına səfər edib. SİA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibində Nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Qulamov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, Gəncə, Sumqayıt, Xaçmaz və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarələrinin rəhbərləri (Sənan Hacıyev, Mehman Şükürov, Nazim Ağayev və Elnur Hüseynov) olub.

Səfər çərçivəsində Belarus Respublikasında Mogilyov şəhəri, Kirov rayonu, Bobruysk şəhəri, Beluniç rayonlarında yerləşən muzey, kitabxana, klub, rəsm qalereyası, teatr, musiqi məktəblərinə baxış keçirilmiş, bu müəssisələrin iş fəaliyyəti ilə yerində tanışlıq olub.

Mogilyov şəhərində Belarus Respublikasının Mədəniyyət nazirinin müavini cənab Çernik və Mogilyov vilayətinin rəhbərliyi ilə görüş keçirilmiş, Azərbaycanla Belarus arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri geniş müzakirə edilib.

Səfər zamanı Mogilyov vilayətində fəaliyyət göstərən mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə iki ölkə arasında müvafiq sahədə təcrübə mübadiləsinə həsr olunmuş seminar təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə