Rəşid Behbudovun xanımı vəfat etdi FOTO

Rəşid Behbudovun xanımı vəfat etdi FOTO

Mərhum xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran xanım dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu haqda onun müğənni qızı Rəşidə Behbudova xəbər verib: "Qorxuram ki, qəlbimdəki ağrıdan ölərəm. Anam, mənim yaşılgözlü, gözəl anam. Bizi tərk etdi".

Qeyd edək ki, R.Behbudov 1915-ci ildə anadan olub, 1989-cu ildə dünyasını dəyişib. O, SSRİ xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-ın xalq artisti, Gürcüstan SSR-ın əməkdar incəsənət xadimi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə