Aprelin 14-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında P.Çaykovskinin "Şelkunçik" baleti nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, "Mariya-2" səhnəsində nümayiş olunacaq səhnə əsərində gənc balet artisti Timur Əsgərov Şelkunçik – şahzadənin partiyasını ifa edəcək.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan və Ukrayna Milli Opera və Balet teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB