“Fırtına” tamaşası təqdim edilib

“Fırtına” tamaşası təqdim edilib

Kolumbiyalı rəssam Oskar Murillonun sərgisindən ilhamlanan ODA teatrının direktoru Elmin Bədəlov və teatrın yaradıcı truppası maraqlı tamaşa ilə çıxış ediblər. AZƏRTAC xəbər verir ki, "Fırtına" adlı tamaşanın əsas ideyası kolumbiyalı rəssamın "Dis Place" sərgisinin konsepsiyası ilə üst-üstə düşür. Tamaşada rəssamın əsərlərindəki kimi cansız obyektin başqa şəklə salınması göstərilir. Hər şey bu dünyada tam dövrə keçir-doğulur, inkişaf edir və təyin olunmuş zaman qeyb olur. Arası kəsilməyən dövrana insanlar və cisimlər labüd sürətdə cəlb olunurlar.

Quruluşçu rəssamı Leyla Quliyeva olan tamaşada rolları aktyorlar Kamal Alen, Diana Zərbayılova, İskra Tarrant, Lalə Babayeva, Çimnaz Əliyeva, Allan Suleykin, Olqa Quliyeva və Zərif Bəkirova ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə