Aprelin 1-də azərbaycanlı balet ustası Eldar Əliyev Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində ustad dərsi keçəcək. SİA-nın məlumatına görə, ustad dərsi baletin necə yaradılması məsələlərinə həsr olunacaq.
Bakıda dünyaya göz açan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın "Ballet Internationale" truppasına rəhbərlik edib. O, Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinin üzvüdür. E.Əliyev ötən il Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB