“Kağız qəbir” filminin təqdimatı olub FOTOLAR

“Kağız qəbir” filminin təqdimatı olub FOTOLAR

Nizami Kino Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə çəkilmiş "Kağız qəbir" filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, İLESAM-ın Azərbaycandakı əlaqələndiricisi, filmin ideya rəhbəri Xəyal Rza çıxış edərək xalqımızın başına gətirilən faciələrdən danışıb, Xocalı soyqırımının insanlıq əleyhinə cinayət olduğunu diqqətə çatdırıblar.

Ssenari müəllifi və rejissoru Elçin Arifoğlu olan tammetrajlı filmdə baş rolları aktyorlar Anar Əliyev və Leyla Babayeva canlandırıblar. Filmin çəkilişləri Qubanın İkinci Nügədi kəndində aparılıb.

Qeyd olunub ki, bəşəri ağrını, həqiqi soyqırımı əks etdirən film Türkiyədə də ictimaiyyətə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə