Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib. SİA-ya Mərkəzdən verilən məlumata görə, görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Fondun Türk dünyasına xas irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı əsas fəaliyyət istiqamətləri, eləcə də gələcək planları barədə məlumat verib. G.Əfəndiyeva həm türk dünyası mədəniyyətinin, həm də ümumərəb mədəniyyətinin bütövlükdə bəşər sivilizasiyasına verdiyi töhfəni vurğulayıb.
O, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsinin əhəmiyyətinə toxunub, islam dininin yüksək mənəvi dəyərləri təbliğ etdiyini, islamın terrorla eyni tutulmasının yanlış olduğunu qeyd edib.
Ə.Sami Elaydi öz növbəsində bildirib ki, türk və ərəb dünyasına məxsus mədəni mirasın təşviq edilməsi vacibdir və bu sahədə Fondla Mərkəz arasında qarşılıqlı əməkdaşlığın inkişafına inanır. O, "İslam Həmrəyliyi İli" çərçivəsində Fond ilə birlikdə müştərək layihə və tədbirlərin həyata keçirilməsini təklif edib.
Görüş zamanı Mərkəzin rəhbəri G.Əfəndiyevaya Misir Ali Təhsil Nazirliyinin mədəni fəaliyyətin qiymətləndirilməsi üzrə mükafatını təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB