Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konserti olub. SİA-nın məlumatına görə, "jAzzeri Bands" adlı musiqi axşamında milli və dünyaca məşhur caz ustalarının əsərləri səsləndirilib.
Konsertdə Əməkdar İncəsənət xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, Xalq Artisti Ənvər Sadıqov, Əməkdar artistlər Akif Süleymanbəyli və Emil Əfrasiyab, ifaçılar Təranə Mahmudova, Teymur Süleymanbəyli (saksafon), "Rast" və "Qaya" qrupları bir-birindən maraqlı musiqi nömrələri təqdim ediblər.
Anşlaqla keçən musiqili gecə maraqlı anlarla yadda qalıb.











Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB