Nərgiz Əliyarovanın Qara Qarayevin 99 illiyinə həsr olunan konserti keçirilib FOTOLAR
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycan Respublikasının Əməkdar artisti, Bakı Musiqi Akademiyasının professoru , Beynəlxalq müsabiqələr laureatı, fəlsəfə doktoru Nərgiz Əliyarovanın əsrarəngiz konserti keçirilib. SİA-nın məlumatına görə, Qara Qarayevin 99 illiyinə həsr olunan konsert rəngarəng proqramı ilə dinləyicilərin böyük rəğbətini qazanıb. Böyük zövqlə dinlənən konsertdə İ.Haydn F-dur sonatası, F.List "Danteni oxuyarkən" sonata-fantaziya,Q.Qarayevin "7 gözəl" baletindən "Gözəllər gözəli", "Vals", E.Lekuona "Malaquenya" əsərləri səslənib. Əlbəttə ki, Nərgiz xanımın mükəmməl ifası dinləyicilərin yaddaşında dərin iz buraxıb və alqış yağışına qərq olub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB