Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin (Yevlax və Mingəçevir şəhərləri, Bərdə və Tərtər rayonlarını əhatə edir) təşkilatçılığı ilə idarənin Tərtər rayon nümayəndəliyində müşavirə keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyinə daxil olan əməkdaşları iştirak edib.
Müşavirədə çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi İlyas Hacıyev ölkəmizdə mədəniyyət və turizm sahəsində aparılan islahatlardan danışıb. Struktur islahatlarının bu sahədə idarəçiliyin təkmilləşdirilməsinə yönəldildiyini vurğulayıb.
2017-ci ilin Azərbaycan Respublikasında "İslam həmrəyliyi ili" elan edilməsi mədəniyyət və turizm sahəsində çalışan əməkdaşların məsuliyyətini daha da artırdığını qeyd edib. İl ərzində görüləcək işlərə toxunun idarə rəsisi ölkəmizdə keçirilən tədbirlərdə yaxından iştirak edəcəklərini bildirib.
Mədəniyyət müəssisələrində nizam-intizamın təşkili, regionun turizm potensialının yüksəldilməsi və turistlərə göstərilən mədəni xidmətlərin daha da artırılması istiqamətində müzakirələr aparılıb.
İşində fərqlənən bir sıra mədəniyyət işçilərinin fəaliyyəti qiymətləndirilib, eyni zamanda yol verilən nöqsanların aradan qaldırılması istiqamətində tapşırıq və tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB