Lənkəran teatrı Milli Ordunun əsgərləri üçün xeyriyyə tamaşası oynayıb FOTOLAR

Lənkəran teatrı Milli Ordunun əsgərləri üçün xeyriyyə tamaşası oynayıb FOTOLAR

Ənənsinə sadiq qalan Lənkəran Dövlət Dram Teatrının truppası yanvarın 19-da Milli Ordunun əsgərləri qarşısında növbəti xeyriyyə tamaşası ilə çıxış edib. SİA-nın məlumatına görə, teatrın səhnəsində gənc əsgərlərə Əli Vəlioğlunun "Əsrlərin harayı" tamaşası təqdim olunub. Qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması kimi məsələlərdən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Əsas rollarda teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova və digərləri çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə