“Bakı Qış Festivalı-2017” adlı konsert proqramı keçirilib

“Bakı Qış Festivalı-2017” adlı konsert proqramı keçirilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan H.Abbasov adına Mədəniyyət evinin təşkilatçılığı ilə Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə "Bakı Qış Festivalı-2017" adılı konsert proqramı keçirilib.

Baş İdarədən SİA-ya verilən məlumata görə, konsertdə Gürcüstanın "Lalə" folklor ansamblı, "Marjanişvilelebi" Kutaisi Gənc Tamaşaçılar Teatr kollektivi, "Gvirilla" uşaq vokal rəqs ansamblı və Mərdəkan Mədəniyyət Sarayının "Azərbaycan qartalları", "Yeni axın" gənclər studiyası iştirak ediblər.

Sonda iştirakçılara sertifikatlar və fəxri fərmanlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə