“2016/2017-ci tədris ilinin 1-ci yarımilinin yekunları” FOTO

“2016/2017-ci tədris ilinin 1-ci yarımilinin yekunları” FOTO

Azərbaycan Turizm və Menecment Universitetinin "Mehmanxana və restoran biznesi" kafedrasının "New baku" oteli nəzdində tədris bazasında adı qeyd olunan kafedranın"2016/2017-ci tədris ilinin 1-ci yarımilinin yekunları"na dair hesabat-yığıncağı keçirilib. SİA-nın məlumatına görə, ATMU-da rektor səlahiyyətlərini icra edən s.ü.f.d.,dos. Eldar Aslanovilk öncə "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin əhəmiyyətindən danışıb.Tədris bazasının məhz "New baku"otelində yaradılmasını praktik dərslərin səmərəli təşkili istiqamətində uğurlu addımsayan E.Aslanov, yaxın zamanlarda "Turizm və otelçilik" ixtisası üzrə kursların müvafiqtədris bazasında keçirilməsinin məqsədəuyğunluğunu diqqətə çatdırıb.

2016/2017-ci tədris ilinin 1-ci yarımilində görülən işlər, tədris bazasının fəaliyyəti, tədris –metodik işlərin yekun nəticələri haqqında isəATMU-nun "Mehmanxana və restoran biznesi"kafedrasının müdiri Novruz Quliyev məlumt verib.

Avropa BirliyininTempus proqramı çərçivəsində "New baku" otelinin nəzdində fəaliyyət göstərən tədris bazasının inkişaf perspektivlərini geniş şərh edən otelin baş direktoru, "Mehmanxana və restoran biznesi" kafedrasının müəllimi Ceyhun Aşırov çıxışı əsnasında yeni qurumun texniki və metodiki təminatı ilə bağlı konkret faktlar açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə