Beynəlxalq Muğam Mərkəzində Prezident təqaüdçüsü olan istedadlı gənc ifaçılar konsert proqramı ilə çıxış ediblər. SİA-nın məlumatına görə, konsert proqramı "Multikulturalizm ili" çərçivəsində baş tutub. Konsertdə C.Lombaridze, Q.Faure, P.Venyavski, P.Çaykovski, A.Tsfasman, C.Rossini, H.Rzayev, C.Cahangirov, B.Bartok və başqa Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Konsertdə təqdim olunan kompozisiyalar maraqla qarşılanıb.
Qeyd edək ki, Prezident təqaüdçüləri olan musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün formalaşması məqsədilə təşkil olunmuş layihə mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən paytaxt və bölgələrdə həyata keçirilir. Layihə çərçivəsində ilk konsert bu ilin mayında Gəncə, sentyabr ayında isə Biləsuvar şəhərlərində gerçəkləşib.
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB