Mingəçevir Turizm Kollecinin istedadlı tələbələri fəal şəkildə dərsdənkənar ictimai tədbirlərə qoşulur, özfəaliyyət qrupunun işində iştirak edir, şəhər miqyasında keçirilən müxtəlif debat və diskussiyalarda öz fəallıqlığı ilə seçilirlər. SİA-nın məlumatına görə, kollec rəhbərliyi yeni bir təşəbbüs irəli sürmüş, tələbələrin yaradıcı potensialından daha dolğun istifadə etmək məqsədi ilə onların iştirakı ilə elmi-nəzəri konfransların təşkil olunması ilə qərara alınıb. İlk konfrans "Ekologiya və ətraf mühitin mühafizəsi" məsələlərinə həsr olunub.
Kollecin H. Əliyev ideoloji mərkəzində baş tutan tədbir "Narkomaniya və alkoqolizmlə mübarizə" məsələsinə həsr olunub. Böyük marağa səbəb olan konfransa şəhərin digər tədris müəssisələrindən fəal tələbələr də dəvət olunub.
Konfransı açıq elan edən kollecin direktoru Əyyub Əyyubov tələbələrin elmi yaradıcılığa meylini yüksək qiymətləndirdiyini vurğulayıb. Qeyd edib ki, elmi-yaradıcı axtarışlar tələbələrə ixtisasını daha dərin öyrənmək, biliklərini artırmaq və dünyagörüşlərini genişləndirmək işində mühüm rol oynayır.
Professor konfransların mövzu dairəsini genişləndirməyi, turizm və otelçilik işlərinin ayrı-ayrı maraqlı və aktual məsələlərinə həsr olunmuş elmi-nəzəri konfranslar təşkil etməyi tövsiyə edib.
Konfransda şəhər Tibb Kollecinin tələbəsi Qaraməmmədli Ayşə "Zərərli vərdişlər", Mingəçevir Dövlət Universitetin tələbəsi Cabbarlı Pəricahan "Qazanılmış immunitet çatışmamazlığı sindromu xəstəliyinin yoluxma mənbələri", Mingəçevir Turizm Kollecinin tələbələrindən MTİS-2 qrupunun tələbəsi Daşdəmirova Sevinc "Toksikomoniya xəstəliyi" MTİS-2 qrupunun tələbəsi Aşur Həşimov "Ağ ölüm" və MTİS-2 qrupunun tələbəsi Qarayeva Nazilə "Narkomaniya ilə mübarizə" mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda yekun sözü ilə çıxış edən kollecin direktoru Əyyub Əyyubov tələbələrə maraqlı məruzələrin görə təşəkkür edbi, belə təşəbbüsləri davam etdirməyi və tələbələrin daha geniş kütləsini bu prosesə cəlb etməyi tövsiyə edib.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB