Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən Qusar rayonunda Mərkəzi Kitabxana Sisteminin işçiləri üçün "Kitabxana mədəniyyət fenomeni kimi" mövzusunda dəyirmi masa təşkil edilib. SİA-nın məlumatına görə, giriş sözündə Qusar rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Zahir Mustafayev tədbir iştirakçılarını salamlamış, sözü Mərkəzin direktoruna vermişdir. Fəlsəfə doktoru Ramazan Şabanov açılış edərək kitabxanaların əhəmiyyətindən, aktuallığından, cəmiyyətin formalaşmasında kitabxanaların rolundan söz açıb. R.Şabanov iştirakçıları dəyirmi masanın gündəliyi ilə tanış edib.
Tədbirdə Mərkəzin direktor müavini Nəzakət Rəhmanova, metodist Samirə Cəlilova, Tədris metodika kabinetinin müdiri Aygün Hüseynova, İnformasiya kommunikasiya və elmi təminat şöbəsinin müdiri Rafiqə Nəsirova çıxış etmişlər. Çıxışlar video slaydlarla təqdim olunub.
Dəyirmi masada 60a yaxın Mərkəzi Kitabxana Sisteminin işçiləri iştirak edib. Çıxışlar dinlənildikdən sonra mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB