Mələkxanım Əyyubovanın ad günüdür FOTOLAR

Mələkxanım Əyyubovanın ad günüdür FOTOLAR

Azərbaycanın xalq artisti, xanəndə Mələkxanım Əyyubovanın doğum günüdür. SİA-nın məlumatına görə, Mələkxanım Əyyubova 1962-ci ildə Şamaxıda anadan olub.

1969-cu ildən 1979-cu ilədək Bakıdakı 155 saylı orta məktəbdə təhsil alıb. Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirib. Ə.Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun solisti olub. 1979-cu ildən 1984-cü ilə kimi M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin "Musiqili komediya aktyorluğu" fakültəsində təhsil alıb.

1980-cı ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışıb. 1995-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olub. 10 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə dosent vəzifəsində çalışır. Azərbaycanın əməkdar və xalq artisti adına layiq görülüb. Almaniya, Fransa və Türkiyədə muğam albomları buraxılıb.

Prezident və Heydər Əliyev Fondunun mükafatçısıdır. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə